<--- nəşriyyat sistemi proqramı ----
Hazır mətn və şəkillər başqa bir kompüterə göndərilir. Bu kompüterdəki nəşriyyat sistemi proqramında kitab səhifəsinin ölçüləri təyin olunur. Mətn və şəkillər bu səhifələrə yerləşdirilir. Səhifənin daha gözoxşayan və anlaşıqlı olması üçün ona dizayn elementləri də əlavə olunur. Nəticədə ekranda kitabın elektron maketi alınır
-------------- Mətbəə --->
Elektron maket printerdə kağıza çap
olunur.
Lazım olan düzəliş və
dəyişikliklər edildikdən sonra son maket
mətbəəyə göndərilir.
Mətbəədə böyük
çap maşınlarında səhifələr minlərlə nüsxədə
çap olunur. Nəhayət, səhifələr bir
yerə yığılaraq kitab şəklinə salınır. Bu
kitablardan biri də indi sənin oxuduğun
kitabdır.