Ötən 4 il ərzində başqa fənlərlə yanaşı, informatika ilə də tanış oldun.
Sən informasiyanın nə olduğunu, təbiətdə və cəmiyyətdə informasiya proseslərinin baş verdiyini öyrəndin.
İnformasiyanın emalında texnikanın insanın yardımçısı olduğunu bildin.
Bəzi məntiqi məsələlərin həll alqoritmləri ilə tanış oldun.
Nəhayət, sən kompüterdə işləməyi öyrəndin.
“Kompüter” sözü “hesablayıcı” mənasını versə də, onlarda təkcə hesablamalar aparılmır. İndi onlar müxtəlif sahələrdə insanların əvəzolunmaz köməkçisinə çevrilib.
Oxuduğunuz bu kitabın hazırlanmasında da kompüterdən geniş istifadə olunmuşdur.
---------------------------------------- qrafik redaktoru -------->
Sonra rəssam mətnlərə uyğun şəkillər çəkir. Kağızda çəkilmiş rəsmlər kompüterə skaner vasitəsilə daxil edilir.
İndi bəzi rəssamlar bu işi kağız üzərində deyil, birbaşa kompüterdə yerinə yetirir. Bu məqsədlə qrafik redaktorlardan istifadə olunur.