Çap
Proqramların əksəriyyətində olduğu kimi, mətn redaktorunda da sənədi çap etmək üçün Print komandası nəzərdə tutulub.
Sənədi çap etməzdən öncə printer kompüterə qoşulmalı və işə salınmalıdır.
Power düyməsi
Printerin çapa hazır olmasını onun üzərindəki Power düyməsinin yanmasına görə bilmək olar. Əlbəttə, printerə çap üçün kağız da lazımdır. Printerlərdə kağızı qoymaq üçün xüsusi yer olur.
Yardım menyusu
WordPad proqramında işləyərkən yaranan suallara müstəqil olaraq cavab
tapmaq üçün onun yardım menyusundan istifadə etmək olar.
Bu menyunu proqramın istənilən yerindən <F1> klavişi vasitəsilə çağırmaq olar.
Açılan pəncərədə istədiyiniz mövzunu tapmaqla onun haqqında əlavə məlumat ala bilərsiniz.