Print preview
Sənədi formatladıqdan sonra onu dərhal çap etməyə tələsməyin! Öncə onun vərəqdə necə görünəcəyinə baxın.
Bunun üçün qrafik redaktorda olduğu kimi, Print preview bəndindən istifadə edilir. Bu zaman sənədin cari səhifəsi ekranda bütöv şəkildə əks olunacaq.
Sənədin tərtibatı xoşunuza gəlməyə bilər. Bu halda alətlər zolağındakı Close print preview düyməsini çıqqıldatmaqla sənədin əvvəlki görünüşünə qayıtmaq və sənəddə uyğun dəyişiklikləri etmək olar.
Adətən, kağızda çap olunan sənədin qıraqlarında müəyyən boşluqlar saxlanılır. Boşluqların ölçülərini dəyişdirmək də olar.
Page setup pəncərəsində səhifənin istiqamətini və vərəqin ölçüsünü də istəyinizə uyğun olaraq dəyişdirə bilərsiniz.
Nəhayət, sənəd üzərində işin son mərhələsinə gəlib çatdıq. İndi sənədi çap edə bilərik.