Vurma cədvəlin hazırlanması
- WordPad mətn redaktorunu başlat.
- Proqramın pəncərəsini iş masasının sol yarısında yerləşdir.
- Kalkulyator proqramını başlat.
- Proqramın pəncərəsini iş masasının sağ yarısında yerləşdir.
- Mətn redaktoruna keç. Bunun üçün siçanın göstəricisini WordPad proqramının iş
sahəsində çıqqıldat.
- 15 * 13 = mətnini yığ.
- Kalkulyator proqramına keç. Uyğun hesablamanı apar.
- Mətn redaktoruna keç. Kursorun olduğu yerə Kalkulyatorun ekranındakı ədədi yığ.
- <Tab> (
) klavişini bas.
- 16 * 13 = mətnini yığ.
- 7, 8 və 9-cu addımları təkrarla.
- 17 * 13 = mətnini yığ.
- 7, 8 və 9-cu addımları təkrarla.
- 18 * 13 = mətnini yığ.
- 7 və 8-ci addımları təkrarla.
- <Enter> klavişini bas. Kursor növbəti sətrə keçəcək.
“Vurma cədvəli”nin növbəti sətirlərini eyni qayda ilə doldur.
FİKİRLƏŞ
Dərsliyin 78-ci səhifəsini diqqətlə nəzərdən keçir. Orada mətn necə formatlanıb?