Nömrələnmiş siyahı
Bəzən siyahıda bəndlərin ardıcıllığının əhəmiyyəti olur. Belə hallarda nişanları ədədlər əvəz edir. Başqa sözlə, bəndlər ardıcıl nömrələnir.
Bu siyahı nömrələnmiş siyahı adlanır.
Alqoritmlərin yazılışında çox zaman nömrələnmiş siyahılardan istifadə olunur.
Cədvəl
Mətni nizamlamağın daha bir yolu cədvəllərdən istifadə etməkdir. Cədvəl başlıq, sətir və sütunlardan ibarət olur. Adətən, sətir və sütunlar xətlərlə ayrılır.
Bəzi cədvəllərdə bu xətləri göstərməmək də olar. Sizə tanış olan vurma cədvəlində sətirlər və sütunlar arasında xətlər verilmir.
Tutaq ki, WordPad proqramında aşağıdakı vurma cədvəlini hazırlamaq lazımdır.
WordPad proqramında cədvəllərlə işləmək üçün xüsusi alətlər yoxdur. Ancaq klaviaturada <Tab> klavişindən istifadə etməklə “Vurma cədvəli” kimi cədvəllər yaratmaq mümkündür. Yuxarıdakı cədvəlin sonrakı sətrini yazmaq üçün növbəti alqoritmi yerinə yetirmək lazımdır.