Düzləndirmə
Sənədin görünüşünü və mətnin yerləşməsini dəyişmək üçün mətn redaktorunda əlavə imkanlar var. Belə imkanlardan biri mətnin düzləndirilməsidir.
WordPad redaktorunda mətni üç cür düzləndirmək olar: sola, sağa və mərkəzə. Bu məqsədlə alətlər zolağında uyğun düymələr nəzərdə tutulub:
Sola düzləndirmə zamanı sətirlərin ucları səhifənin sol qırağına nəzərən düz olur, sağ qıraq isə “kələ-kötür” qalır.
Mərkəzə düzləndirilmiş mətnin hər bir sətri səhifənin mərkəzindən eyni məsafədə yerləşir. Başqa sözlə, mətnin hər bir sətri səhifənin mərkəzinə nəzərən simmetrik olur.
Sağa düzləndirmə zamanı sətirlərin ucları səhifənin sağ qırağına nəzərən düz olur, sol qıraq isə “kələ-kötür” qalır.