İlk yazı makinalarının klaviaturasında hərflər əlifba sırası ilə düzülmüşdü. Tezliklə aydın oldu ki, sürətli yazı zamanı hərflərin olduğu qollar bir-birinə ilişir. Makinaçının yığım sürətini azaltmaq üçün klaviaturada hərflərin yerləri elə dəyişdirildi ki, tez-tez rast gəlinən hərflər şəhadət barmaqlarından uzaqda yerləşmiş olsun (o zaman makinaçılar məhz bir barmaqla işləyirdilər).
Beləliklə, QWERTY adlandırılan düzülüş meydana çıxdı.
Hazırda bu düzülüşə zərurət olmasa da, ənənə üçün QWERTY düzülüşü standart kimi qəbul olunub.
Kompüterdə mətn yığarkən barmaqlar klavişlərin üzərində düzgün yerləşməlidir.
Sol əlin barmaqları A, S, D, F, sağ əlin barmaqları J, K, L, I klavişlərinin, baş barmaqlar isə BOŞLUQ (SPACE) klavişinin üstündə olmalıdır.
Belə yerləşmə kompüterdə klaviaturaya baxmadan mətn yığmağa imkan verir.