açar sözlər
- Mətn
- Mətn redaktoru
- Simvol
- Kursor
- Mətnin yığılması
- Klaviaturanın dilinin seçilməsi
- Klaviatura trenajoru
Klaviaturada dil seçimi
Kompüterdə istənilən dildə mətnlər
yığmaq olur. Bunun üçün öncə mətnin
hansı dildə yığılacağını kompüterə bildirmək
lazımdır; məsələn, Azərbaycan dilində
mətn yığmaq üçün aşağıdakı alqoritmi
yerinə yetirmək lazımdır.
Dilin (əlifbanın) seçilməsi alqoritmi
- İş masasının sağ aşağı küncündə klaviatura
indikatorunu tap (EN, AZ, yaxud RU).
- Siçanın göstəricisini onun üzərinə apar və sol düyməni çıqqıldat. İki, yaxud bir neçə sətirdən
ibarət menyu açılacaq.
- Siçanın göstəricisini sətirlər üzərində gəzdir.
Göstərici hansı sətrin üzərində olursa, o sətrin
rəngi dəyişir.
- AZ sətrinə keç və siçanın sol düyməsini
çıqqıldat. Klaviatura Azərbaycan əlifbası ilə iş
rejiminə keçəcək.
YADDA SAXLA
Kompüterdə mətn yığarkən sətrin sonunu nəzarətdə saxlamağa gərək yoxdur.
Kursor sətrin sonuna çatan kimi öz-özünə növbəti sətrin başlanğıcına keçəcək.
Klaviaturada bəzi Azərbaycan hərfləri göstərilməyə bilər. Bu halda həmin
hərflərin yerini, sadəcə, yadda saxlamaq lazımdır.
Klaviatura trenajorları
İstifadəçilərin əksəriyyəti klaviaturada bir, yaxud iki barmaqla işləyir. Ancaq mətnləri sürətlə daxil
etmək üçün bütün barmaqlardan istifadə etmək yaxşı olardı. Əlbəttə, on barmaqla işləmək o qədər də asan
deyil. Bunun üçün müəyyən müddət məşq etmək lazım gəlir. Bu məqsədlə, yəni klaviaturada sürətli yazı
vərdişlərinə yiyələnmək üçün xüsusi proqramlardan - klaviatura trenajorlarından
istifadə olunur.