Klaviaturada istədiyin mətni yığ. Mətn redaktorunda olduğu kimi, burada da
mətni redaktə etmək olar.
Mətn istədiyin yerə düşmürsə, göstəricini mətn çərçivəsinin üzərinə apar. Göstərici
“çarpaz oxlar” formasını aldıqda sol düyməni basıb saxlamaqla çərçivəni istədiyin
yerə apar.
Mətnlə işi başa çatdırmaq üçün siçanın göstəricisini mətn çərçivəsinin xaricində
çıqqıldat.
Text menyusu
Mətnlə işləyərkən mətnin parametrlərini seçmək üçün Text menyusu yaranır.
Font qrupunda şriftin növünü, ölçüsünü və başqa parametrlərini dəyişmək olar.
Başqa alətlərdə olduğu kimi, palitradan istifadə etməklə simvolların rəngini də dəyişmək olar.
YADDA SAXLA
Şəklə artırılan mətni sonradan redaktə
etmək olmur. Mətn adi rəsmə çevrilir və
onu yalnız Pozan, Karandaş, yaxud Fırça
aləti ilə dəyişmək olar.
Paint qrafik redaktorunda poçt kartları, naxış və mozaikalar, afişalar, elanlar, şəkilli
cədvəllər, rebuslar hazırlamaq olar.