İnsanlar informasiya ilə işləmək üçün müxtəlif alət və texniki vasitələr yaratmışlar.
Termometr istiliyi, tərəzi çəkini, spidometr sürəti bilməkdə bizə yardım edir.
Bu cihazların hər biri xarici təsiri informasiyaya çevirir. Deməli, informasiya prosesləri texnikada da baş verir.
Texnika
İnsanların hazırladığı alət, cihaz, qurğu və mexanizmlərin ümumi adı texnikadır. Bəzi texniki qurğular insan müdaxiləsi olmadan işləyir. Belə qurğular avtomatlar adlanır; məsələn, işıqfor nəqliyyat və piyadaların hərəkətini avtomatik idarə edir.