QRAFİK REDAKTOR
21
MƏTNLİ ŞƏKİLLƏR
- “Mətnli şəkillər” və “Şəkilli mətnlər” ifadələri mənasına görə
nə ilə fərqlənir?
- Şəklə yazılar nə üçün əlavə edilir?
Yazı aləti
Bəzən rəsmlərə mətn də əlavə etmək lazım gəlir.
Bu işi Karandaş, yaxud Fırça
aləti ilə görmək olar.
Ancaq bu alətlərlə yazmaq həm yorucudur, həm də yazı
səliqəsiz alınır.
Paint redaktorunda mətnlərlə işləmək üçün xüsusi
Yazı
aləti nəzərdə tutulub.
Şəklə mətnin daxil edilməsi
- Paint proqramında istədiyin şəkli çək, yaxud saxlanmış şəkli aç.
-
Alətlər qutusunda
Yazı (Text) düyməsini çıqqıldat.
- Siçanın göstəricisini mətni daxil etmək istədiyin yerə apar və siçanın sol düyməsini çıqqıldat. Kiçik çərçivə və onun içərisində yanıb-sönən mətn kursoru yaranacaq. Mətn çərçivəsi seçdirmə çərçivəsinə bənzəyir. Onun tutacaqlarından dartmaqla ölçülərini dəyişmək olar.
-
Eyni zamanda Text menyusu yaranacaq.
Bu menyunun Fon (Background) qrupunda Şəffaf (Transparent) variantını seç.