Şəklin daha
gözəl alınması üçün
onu fotokağızda çap
etmək olar.
Şəklin ölçüləri
Çox zaman şəkli çəkməzdən öncə onun ölçülərini
təxmini, yaxud dəqiq göstərmək lazım gəlir. Çünki
şəklin ölçüləri böyük olduqda kompüterin yaddaşında
onu saxlamaq üçün daha çox yer tələb olunur.
İriölçülü şəkillərin göndərilməsi də çox vaxt aparır.
Ona görə də böyük iş sahəsində kiçik şəkil çəkməyə
ehtiyac yoxdur. Paint proqramında iş sahəsinin ölçülərini
dəyişmək imkanı var.
Şəklin atributlarının dəyişdirilməsi
- Paint proqramını başlat.
-
düyməsini
çıqqıldat. Açılan siyahıdan Properties bəndini seç. Müvafiq pəncərə açılacaq.
- Units bölməsində sm variantını seç. Ölçü vahidi
olaraq “santimetr” müəyyən olunacaq.
- Width sahəsində çəkəcəyin şəklin enini, Height
sahəsində isə onun hündürlüyünü göstər (məsələn:
eni 10 sm, hündürlüyü 5 sm).
- OK düyməsini çıqqıldat.
Fikirləş
Xətkeşlə bu dərsin əvvəlindəki şəklin ölçülərini müəyyən et. Paint proqramının iş sahəsini bu
ölçülərə uyğun dəyişdir.