Monitorun ekranı ilə printerdəki vərəqin ölçüləri eyni deyil. Ona görə də çox zaman
ekrandakı şəkil kağızda istədiyiniz kimi yerləşmir.
Əlbəttə, bir neçə dəfə
çapdan sonra istəyinizə nail ola bilərsiniz. Ancaq nəzərə almaq lazımdır ki, hər
dəfə əlavə kağız və boya istifadə olunacaq.
Qabaqcadan baxış
Şəkli çapa verməzdən öncə kağızda onun necə görünəcəyinə monitorun ekranında baxmaq olar. Bu məqsədlə File menyusunda Print Preview komandasından istifadə edilir.
Səhifənin yönü
Bəzən şəkli vərəqin eninə çap etmək lazım gəlir. Bunun üçün çapdan qabaq Print menyusunda Page setup bəndini seçmək lazımdır. Açılan pəncərənin Orientation bölməsində vərəqin istiqaməti müəyyən olunur. Bundan başqa, bu pəncərənin Centering bölməsindən istifadə etməklə şəkli vərəqin ortasına yerləşdirmək olar.