Paint qrafik redaktorunda çox asan yolla mozaika və naxışlar yaratmaq olur.
<Ctrl> klavişindən istifadə edib şəklin surətini onun sağına səliqə ilə birləşdir.
Bu naxışın hazırlanmasında eyni əməliyyatlar - seçdirmə, köçürmə və yapışdırma əməliyyatları bir neçə dəfə təkrarlanır.
Alqoritmdə iki dövrdən istifadə olunub. Birinci dövrün icrası zamanı əvvəl iki fiqurlu, sonra dörd fiqurlu, daha sonra isə səkkiz fiqurlu naxış alınacaq.
İkinci dövrün icrası zamanı naxışların alınma ardıcıllığı necə olacaq?