Şəklin fraqmentinin böyüdülməsi, yaxud
kiçildilməsi
Qrafik redaktorun iş sahəsində olan şəklin istənilən fraqmentini seçdir. Seçdirilmiş
fraqmentin ətrafında qırıq-qırıq xətlərlə düzbucaqlı yaranacaq. Bu düzbucaqlının
təpələrində və tərəflərinin ortalarında kiçik kvadratlar (tutacaqlar)
görünəcək.
Göstəricini küncdəki tutacaqlardan birinin üzərinə
apar. Göstərici ikiyönlü ox () formasını alacaq.
Siçanın sol düyməsini bas və siçanı hərəkət etdir. Bu zaman fraqmentin ölçüsü dəyişəcək.
İstədiyin ölçünü aldıqdan sonra siçanın düyməsini
burax.
Şəklin fraqmentinin əyilməsi
Qrafik redaktorun iş sahəsində olan şəklin istənilən
fraqmentini seçdir.
Image qrupunda Resize (Ölçüdəyişmə) düyməsini seç Müvafiq pəncərə açılacaq.
Skew (Əymə) bölümündə Horizontal sahəsində
45 yaz.
OK düyməsini çıqqıldat. Fraqment 45 dərəcə
əyiləcək.