Hava fırçası aləti
Qrafik redaktorun digər bir alətindən də tez-tez istifadə olunur.
Hava fırçası (Air brush) adlanan bu alət Fırçalar (Brushes) qrupunda düyməsi vasitəsilə seçilir.
Karandaş və Fırça kimi, Hava fırçasının da qoyduğu izin qalınlığını dəyişmək olar. Bu alətin qoyduğu iz siçanı necə hərəkət etdirməkdən asılıdır. Siçan nə qədər yavaş hərəkət etdirilsə, əsl hava fırçasında olduğu kimi, rəsm bir o qədər sıx alınacaq.
Pozan aləti
Kağızda rəsm çəkərkən xoşunuza gəlməyən hissəni silmək üçün pozandan istifadə olunur. Qrafik redaktorda da belə bir alət - Pozan (Eraser) aləti var.
Rəng seçimi aləti
Bəzən rəngi palitradan deyil, rəsmin özündən seçmək daha əlverişli olur. Bu məqsədlə Rəng seçimi (Pipet) alətindən istifadə olunur. Alətlər qutusundan alətini seçib siçanın göstəricisini rəsmin müvafiq yerində çıqqıldatmaq lazımdır.
Pipet çıqqıldadılan nöqtənin rəngini “özünə çəkəcək”. Bu rəng əsas rəng kimi palitrada əks olunacaq. İndi bu rəngdən istifadə etmək olar.