- Ümumi əlamət dedikdə nə başa düşürsən? Dərsliklərin hansı ümumi əlamətləri var?
-
Aşağıdakı cədvəl neçə sətir və neçə sütundan ibarətdir?
|
|
Paytaxtdan ... |
Salyan
|
Kür çayı sahilində
|
126 km
|
Culfa
|
Araz çayı sahilində
|
560 km
|
Mingəçevir
|
Kür çayı sahilində
|
288 km
|
- Cədvəlin birinci sütunundakı obyektlərin ümumi əlaməti nədir?
- Qırmızı və göy xanalarda hansı əlamətlərin adı yazılmalıdır?
- Sinif otağınız haqqında hansı doğru və yalan mülahizələr söyləmək olar?
- “Və”, “və ya” sözləri olan doğru mülahizələr söylə.
- “Qışda ağacların çoxu yarpaqlarını tökür” mülahizəsini “əgər – onda” qaydası ilə
necə söyləmək olar?
- “Bütün kitabların səhifələri var. “İnformatika” dərsliyi kitabdır” mülahizələrindən
hansı nəticəni çıxartmaq olar?
-
Riyaziyyat dərslərində məsələnin həll alqoritmini, əsasən, hansı formalarda təqdim
edirsən?
a) cədvəllə
b) sxemlə
c) sözlə
d) şəkillə
-
Sxemlər hansı növ alqoritmlərə aiddir?
-
3 litrlik və 5 litrlik su balonları vasitəsilə 1 litr suyu necə almaq olar?