TƏKRARLA NƏ QƏDƏR Kİ ...
Əgər “Hovuzu doldurmaq” məsələsində hovuzun tutumu bizə məlum deyilsə, onda TƏKRARLA ... DƏFƏ komandasından istifadə edə bilmərik. Çünki təkrarlanmaların sayını qabaqcadan göstərə bilməyəcəyik.
Belə hallarda alqoritmlərin yazılışında TƏKRARLA NƏ QƏDƏR Kİ ... komandasından istifadə olunur. Üç nöqtənin yerində dövrün şərti göstərilir. Yəni nə qədər ki şərt ödənilir, dövrün içərisindəki addımlar ardıcıllığı təkrarlanacaq.
Başlanğıc
Son
Bu alqoritm in icrası zamanı hovuzun tutumunu qabaqcadan bilmək vacib deyil. Ona görə də bu alqoritmi istənilən tutumlu hovuz üçün tətbiq etmək olar.
“Kərpicin daşınması” alqoritmində aşağıdakı dövr komandasından hansı daha məqsədəuyğundur?