Əgər - onda - əks halda
Bəzi hallarda alqoritmlərdə şərt ödənilmədikdə də müəyyən komandaları
yerinə yetirmək lazım gəlir.
Bu zaman budaqlanma “əgər”, “onda” və “əks
halda” sözləri vasitəsilə yazılır.
Belə bir misala baxaq. Səhər yeməyindən sonra ata uşaqlarına
dedi:
- “Əgər hava
isti olarsa, onda sizi çimərliyə, əks halda isə parka gəzməyə aparacağam”.
Alqoritmin şərtində mürəkkəb mülahizələrdən də istifadə oluna bilər;
məsələn:
“Əgər hava istidirsə və külək yoxdursa, onda çimərliyə getmək, əks halda evdə oturmaq”, “Əgər istirahət və ya bayram günüdürsə, onda məktəbə getməmək, əks halda getmək”.