Budaqlanan alqoritmlər
Tutaq ki, ayaqqabılarınızı geyinərkən onların təmiz olmadığını görürsünüz. Bu halda alqoritm dəyişəcək.
Başlanğıc
Son
Göründüyü kimi, blok-sxemə yeni fiqur – romb əlavə olundu.
Blok-sxemdə rombun daxilində şərt yazılır.
Alqoritmin növbəti addımının seçilməsi bu şərtdən asılı olur.
Alqoritmdə iki variantdan birinin seçildiyi yer budaqlanma adlanır. Belə alqoritmlərə isə budaqlanan alqoritmlər deyilir.
Əgər - onda
Adətən, alqoritmlərin sözlə yazılışında hər komanda yeni sətirdən yazılır və onlar nömrələnir. Alqoritmlərdə budaqlanma “əgər”, “onda” sözləri vasitəsilə yazılır.
“Əgər” sözündən sonra şərt, “onda” sözündən sonra isə yerinə yetiriləcək komanda (komandalar) göstərilir.