“Hanoy qülləsi” haqqında əfsanə. Qədim zamanlarda Hanoy şəhərinin yaxınlığındakı cəngəllikdə bir məbəd var imiş. Həmin məbəddə olan üç almaz mildən birinə müxtəlif ölçülü 64 qızıl halqa keçirilmişdi. Rahiblər həmin halqaları olduğu kimi başqa milə keçirtmək əmri almışdılar. Elə o vaxtdan bəri onlar dayanmadan halqaların yerini dəyişməklə məşğuldurlar.
Hesablamalara görə, əgər bir halqanın yerini dəyişməyə 1 saniyə vaxt sərf olunsa, rahiblərə onlara tapşırılan işi sona çatdırmaq üçün 500 milyard il lazım gələcək.
Bu məsələnin həll alqoritmini iki halqa üçün göstərək.
1 Kiçik halqanı 1-ci mildən
2-ci milə keçirt.
2Böyük halqanı 1-ci mildən
3-cü milə keçirt.