Məsələnin həll alqoritmini
aşağıdakı kimi vermək olar:
Başlanğıc
Sözlə verilmiş alqoritmi blok-sxem şəklində göstərək
Xətti alqoritm
Göründüyü kimi, alqoritmin addımları ardıcıl yerinə yetirilir. Deməli, qayıqçının hərəkətlər ardıcıllığı xətti alqoritm təşkil edir.
Xətti alqoritmlərə aid başqa bir məsələyə baxaq.
Rahib
Bu məsələ “Hanoy qülləsi” adı ilə məşhurdur.
Üç mil verilib. Onlardan birinə müxtəlif
ölçülü üç halqa elə keçirilib ki,
hər halqa özündən böyük halqanın
üzərində yerləşir.
Bu halqaları ikinci
milə eyni qayda ilə yığmaq lazımdır.
Bunun üçün üçüncü mildən
istifadə etmək olar. Nəzərə almaq lazımdır ki, hər addımda yalnız bir halqanı
götürmək olar və onu özündən kiçik halqanın üzərinə qoymaq olmaz.