Ötən dərsdə qeyd olundu ki, alqoritmlərin müxtəlif icraçıları ola bilər. Gəlin məntiqi məsələlərdə tez-tez rast gəlinən bir neçə məşhur icraçı ilə tanış olaq.
Qayıqçı
Yəqin ki, “Canavar, keçi və kələm” məsələsini eşitmişsiniz.
Qayıqçı canavar, keçi və kələmlə çayın sahilində dayanıb. Qayıqçı onları o biri sahilə keçirməlidir. Lakin qayıq çox kiçik olduğuna görə qayıqçı özü ilə yalnız bir “sərnişin” – ya canavarı, ya keçini, ya da kələmi götürə bilər.
Qayıqçı bilir ki, canavarla keçini, keçi ilə kələmi tək qoymaq olmaz (qayıqçının yanında isə onlar bir-birinə toxunmurlar).
Onlar çayı necə keçsinlər?
Qayıqçının komandalar sistemi üç komandadan ibarətdir: