Cizgiçi
Gəlin yeni bir icraçı ilə tanış olaq. “Cizgiçi” damalı sahədə verilmiş komandaları yerinə yetirir.
Başlanğıcda Cizgiçi sahənin sol yuxarı küncündə yerləşir və qələmi qalxmış olur.
Qələm endirilmiş halda hərəkət etdikdə isə o, xətt çəkir.
Keçiləcək xanaların sayı komandanın sağ tərəfində yazılır.
Cizgiçiyə üçbucaq fiqurunu çəkmək üçün belə komandalar vermək olar:
AŞAĞI 3
SAĞA 2
QƏLƏMİ ENDİR
YUXARI SAĞA 2
AŞAĞI SAĞA 2
SOLA 4
QƏLƏMİ QALDIR