İcraçının komandalar siyahısı
İcraçı insan, heyvan və digər obyekt ola bilər. Ümumiyyətlə, alqoritmdə hər bir icraçının yerinə yetirə biləcəyi müəyyən komandalar toplusu olur. Belə komandalar toplusu icraçının komandalar siyahısı (İKS) adlanır. İcraçı ancaq İKS-ə daxil olunan komandaları başa düşür.
Kompüter proqramları
Kompüterin özü də bir icraçıdır. Onun komandalar siyahısı çoxlu sayda komandadan ibarətdir. Ona görə də kompüterlər bir-birinə bənzəməyən müxtəlif işləri yerinə yetirə bilir.
Kompüter bu işləri necə icra edir?
Əlbəttə ki cürbəcür proqramlar vasitəsilə.
Kompüter proqramları kompüterin başa düşəcəyi dildə yazılmış komandalar ardıcıllığıdır.