Alqoritm
Hər hansı məsələni həll etmək üçün müəyyən hərəkətlər planı qurulur.
Məqsədə çatmaq üçün tərtib olunan hərəkətlər planı informatikada alqoritm adlanır.
Hər bir alqoritmin başlanğıcı və sonu olur və o, müəyyən sayda addımlardan ibarətdir.
Alqoritmin icraçısı
Şəkildəki uşaqların hər biri müəyyən alqoritmləri yerinə yetirir. Alqoritmi yerinə yetirənə alqoritmin icraçısı deyilir. Alqoritmin hər bir addımı icraçının başa düşdüyü komanda şəklində olmalıdır.
İcraçılara nağıllarda çox rast gəlmişsiniz. “Məlikməmmədin nağılı”nda Simurq quşu, “Ələddinin sehrli çırağı”nda Cin, “Balıqçı və balığın nağılı”nda Qızıl balıq icraçılardır.