Alpay dərhal həmin ədədin 6 olduğunu tapdı. Onun bu nəticəyə necə gəldiyini müəyyənləşdirək.
Müəllimin sözlərinə görə, bir oğlan və bir qız doğru danışır. Deməli, doğru söyləyən oğlanın fikri ilə doğru söyləyən qızın fikri “və” sözü ilə birləşməlidir.
Beləliklə, Alpayın mühakimə sxemi aşağıdakı kimi olacaq:
Nə üçün 2 oğlanın və ya 2 qızın mülahizəsi “və ya” ilə birləşməlidir?
Bəs hansı oğlan və hansı qız doğru danışır? Tutaq ki, Aydının dediyi doğrudur. Onda qızlardan da birinin mülahizəsi doğru olmalıdır. Göründüyü kimi, bu belə deyil. Çünki 7 nə cüt ədəddir, nə də 3-dən kiçikdir. Deməli, Aydının mülahizəsi doğru ola bilməz.
Onda Eminin mülahizəsi doğrudur. Yəni bu ədəd 3-ə bölünür. Onda Leylanın mülahizəsi yalandır. Çünki 3-ə bölünən və 3-dən kiçik ədəd yoxdur. Deməli, Günayın mülahizəsi doğru olmalıdır. Beləliklə, Emin və Günayın mülahizələri doğrudur: bu ədəd 3-ə bölünür və cüt ədəddir. Deməli, həmin birrəqəmli ədəd ancaq 6 ola bilər.
Beləliklə, Alpayın mühakimə sxemi belə olacaq: