Nigar çox sevinirdi. Uzun müddət istirahətdən sonra sinifyoldaşları və müəllimləri ilə görüşəcəkdi.
Dərs ilinin son günü idi. Elxan kəndə getmək üçün babasını gözləyirdi. Məktəbdən evə qayıdanda o, evlərinin yanında dayanmış avtomobili gördü. O, sevincək səsləndi: - “Ura! Sabah kəndə gedəcəyəm!”
--->
Bu nəticəyə Elxan necə gəldi?
Gəlin onun düşünmə ardıcıllığını izləyək.
Əgər evimizin yanında avtomobil
dayanıbsa, onda kimsə bizə gəlib.
Əgər kimsə bizə gəlibsə və belə
avtomobil babamdadırsa, onda
babam bizdədir.
Əgər babam bizdədirsə və artıq
tətil başladısa, onda sabah kəndə
gedəcəyik.
Gördüyünüz kimi, hər cümlə “əgər – onda” qaydası ilə qurulub.