Elə mülahizələr də var ki, onlarda şərt və nəticənin yerini dəyişəndə doğru mülahizə alınmır; məsələn:
Meyvə limondursa Meyvə turşdur
Meyvə turşdursa Meyvə limondur
Bəzi hallarda “əgər – onda” mülahizəsindəki şərtin özü də mürəkkəb mülahizə olur.
VƏƏgər fiqur düzbucaqlıdırsa və tərəfləri bərabərdirsə, onda o, kvadratdır.
Bu mülahizəni sxematik belə təsvir etmək olar:
VƏ YAƏgər ikirəqəmli ədəd 0-la və ya 5-lə qurtarırsa, onda həmin ədəd 5-ə bölünür.
“Əgər ” və “onda” sözləri ilə mülahizələrin qurulmasına “əgər – onda” qaydası deyilir.