Şərt - nəticə
Göründüyü kimi, “əgər – onda” sözləri olan mülahizə iki mülahizədən ibarətdir və onu belə göstərmək olar:
Əgər mülahizə 1 onda mülahizə 2
Burada “mülahizə 1” şərt, “mülahizə 2” isə nəticə adlanır.
Məsələn:
Əgər gün batırsa, onda bir azdan qaranlıq düşəcək.
Əgər meyvə limondursa, onda o, turşdur.
“Əgər – onda” sözləri olan mülahizələri
çox vaxt sxemlə belə göstərirlər:
mülahizə 1 mülahizə 2
Burada ox işarəsi şərtdən nəticə istiqamətində qoyulur.
Bəzi mülahizələrdə şərtin və nəticənin yerini dəyişəndə alınan yeni mülahizə yenə də doğru qalır; məsələn:
Gün batır Qaranlıq düşür
Qaranlıq düşür Gün batır
Belə mülahizə sxematik olaraq aşağıdakı kimi göstərilə bilər:
Gün batır Qaranlıq düşür