İki sadə mülahizədən başqa cür də mürəkkəb mülahizə qurmaq olar; məsələn, şəklə baxıb iki sadə mülahizə söyləyək:
Leysan yağır.
Küçədə gölməçələr var.
Bu iki mülahizədən belə bir mülahizə quraq:
Əgər leysan yağırsa, onda küçədə gölməçələr var.
Yeni mülahizədə “əgər” və “onda” sözlərindən istifadə olunub.