Fiqurların birləşməsi
Tutaq ki, müəllim sinifdəki idman və ya musiqi ilə məşğul olan şagirdlərlə qarşıdan gələn bayram şənliyinə hazırlaşmalıdır. Bunun üçün o, “İdmançılar” və “Musiqiçilər” qruplarındakı şagirdləri yığmalıdır.
Bunu sxematik olaraq aşağıdakı kimi göstərmək olar.
Musiqi və ya idmanla məşğul olan şagirdlər
Sxemə uyğun
olaraq belə mülahizə
söyləmək olar: ----------->
Göründüyü kimi, adında “və ya” sözü olan qrupun obyektləri müvafiq fiqurların birləşməsində yerləşir. Birləşmədən alınan fiqurun özü də ayrıca bir qrupu təsvir edir.