Fiqurların kəsişməsi
Əgər “İdmançılar” qrupunu hər hansı bir fiqurla, məsələn, üçbucaqla, “Musiqiçilər” qrupunu isə dairə ilə göstərsək, onda həm idmanla, həm də musiqi ilə məşğul olanlar eyni zamanda hər iki fiqura aid olmalıdır. Yəni onlar bu iki fiqurun kəsişməsindən alınan fiqura aid olacaq.
Bu deyilənləri sxematik olaraq
aşağıdakı kimi göstərmək olar.
Musiqi və idmanla məşğul olan şagirdlər
Göründüyü kimi, adında “və” sözü olan qrupun obyektləri müvafiq fiqurların kəsişməsində yerləşir. Kəsişmədən alınan fiqurun özü də ayrıca bir qrupu təsvir edir.