İki sadə mülahizəni “və ya” sözü ilə birləşdirməklə də mürəkkəb mülahizə qurmaq olar. Yuxarıdakı nümunəyə qayıdaq. Həmin mülahizələrdə “və” sözünü “və ya” ilə əvəz edək
1. Qutuda qırmızı və ya göy kürəciklər var. DOĞRU
2. Qutuda qırmızı və ya sarı kürəciklər var. DOĞRU
3. Qutuda yaşıl və ya göy kürəciklər var. DOĞRU
4. Qutuda yaşıl və ya sarı kürəciklər var. YALAN
“Və ya” sözü üçün müvafiq cədvəl aşağıdakı kimi olacaq.
Mülahizə 1 | Mülahizə 2 | Mülahizə 1 və ya Mülahizə 2 |
Doğru | Doğru | Doğru |
Doğru | Yalan | Doğru |
Yalan | Doğru | Doğru |
Yalan | Yalan | Yalan |