Altqrup
Bu qrupdakı obyektlərin özlərini də müxtəlif əlamətlərə görə qruplaşdırmaq olar; məsələn, ud, saz, kamança və tarı “simli alətlər”, zurna və balabanı “nəfəs alətləri”, nağara və qavalı isə “zərb alətləri” qruplarına ayırmaq olar. Bu yeni qrupların hər biri “musiqi alətləri” qrupuna daxildir.
Başqa sözlə, onlar “musiqi alətləri” qrupunun altqrupudur.
Altqrupa daxil olan hər obyektdə həm qrupun ümumi əlamətləri, həm də bu altqrupun öz əlamətləri var; məsələn, sazı insanlar düzəldir, o, səs çıxarır, onda musiqi ifa olunur – bunlar “musiqi alətləri” qrupunun ümumi əlamətləridir. Eyni zamanda sazın simləri var – bu isə “simli alətlər” altqrupunun əlamətidir.
Yuxarıdakı sxemi cədvəl şəklində belə göstərmək olar.