Gəlin hər bir uşaq haqqında informasiyanı cədvəl şəklində göstərək.
Uşaqlar | Yay tətilini harada keçirib | Oxuduğu kitabların sayı | Tətil tapşırığını yerinə yetiribmi? | Sevdiyi idman növü |
Orxan | kənddə | 5 | hə | futbol |
Məryəm | düşərgədə | 0 | yox | voleybol |
Ruslan | evdə | 7 | hə | şahmat |
Bu cədvələ baxmaqla yuxarıdakı suallara çox asanlıqla cavab vermək olar. Deməli, eyni qrupa daxil olan obyektlərin əlamətlərini müqayisə etmək üçün cədvəl forması çox əlverişlidir.
Cədvəlin birinci sütununda obyektlərin adlarının, yoxsa əlamətlərinin göstərilməsi şərtidir. Əgər obyektlərin sayı əlamətlərin sayından çoxdursa, adətən, cədvəlin birinci sütununda obyektlərin adlarını göstərirlər.
Əksinə, əlamətlərin sayı obyektlərin sayından çoxdursa, əlamətləri cədvəlin birinci sütununda vermək əlverişlidir.