Sütun və sətirlərin kəsişməsindəki xanada obyektin müvafiq əlamətinin qiyməti yazılır.
Cədvələ uyğun ad verilir və o, cədvəlin başlığında qeyd olunur.
Orxan yay tətilində kəndə getmişdi. Orada o hər gün futbol oynayırdı. Tətil tapşırığını yerinə yetirməklə yanaşı, beş yeni kitab da oxumuşdu.
Məryəm yay tətilini düşərgədə keçirdi. O, voleybol oynamağı çox xoşlayırdı. Başı əyləncələrə elə qarışdı ki, tətil tapşırığını tamam unutdu.
Ruslan bütün yayı evlərində keçirdi. O, tətil tapşırığını yerinə yetirməklə yanaşı, yeddi kitab da oxudu. Qalan vaxtlarında isə kiçik qardaşı ilə şahmat oynadı.
Yəqin ki, bu suallara cavab vermək üçün yuxarıdakı mətni bir neçə dəfə oxumalı oldunuz.
--->