İnternet
Dünyada ən nəhəng informasiya mənbələrindən biri İnternetdir. Orada istənilən mövzuda informasiya tapmaq olar.
İnformasiya İnternetdə saytlarda yerləşir Saytlarda mətnlər, şəkillər, musiqi, video və digər növ informasiya olur.
Saytlara baxmaq üçün brauzer adlandırılan proqramlardan istifadə edilir. İndi ən çox istifadə olunan brauzer Google Chrome ("quql xrom" kimi oxunur) proqramıdır.
İnternetdə hər bir saytın öz ünvanı olur. Hər hansı sayta daxil olmaq üçün brauzerdə onun ünvanını göstərmək lazımdır.