Elektron poçt
Müasir dövrdə informasiyanı ötürmək üçün elektron poçtdan geniş istifadə olunur.
Adi poçtda olduğu kimi, elektron poçtda da hər bir kəsin poçt ünvanı olmalıdır.
Siz elektron poçt vasitəsilə dünyanın istənilən noqtəsindəki şəxsə məktub göndərə
bilərsiniz.
Başqalarından da məktub ala
bilərsiniz.
Adi poçtdan fərqli olaraq, elektron poçt gecə-gündüz fasiləsiz işləyir. Elektron məktub ünvana ani olaraq çatır. Bir məktubu eyni vaxtda istənilən sayda ünvana göndərmək olar.