Yazının meydana çıxması ilə informasiyanın uzaq məsafəyə ötürülməsində yeni vasitələr yarandı. Yüz illər ərzində məktublar ünvanına çaparlar vasitəsilə çatdırılırdı.
Bəzən bu məqsədlə göyərçinlərdən də istifadə edirdilər.
Sonra poçt xidmətləri yarandı.
Teleqrafın icadı məlumatları uzaq məsafələrə çox qısa zamanda ötürməyə imkan verdii.
XIX əsrin sonunda radio ixtira olundu.
Televiziya isə uzun müddət insanların başlıca informasiya mənbəyi oldu.
Səs informasiyasının ötürülməsində telefonlar geniş imkanlar açdı. Müasir telefonlarla həm də qrafik və video informasiyaları ötürmək mümkündür.
Kompüterlərin meydana çıxması ilə informasiyanın ötürülməsində yeni dövr başlandı. Sonra insanlar bir kompüterdə olan informasiyanı digərinə ötürmək üçün onları birləşdirməyi öyrəndilər.