Robinzon Kruzo kimsəsiz adadan hansı yolla xilas oldu?
İnsanlar bir-biri ilə əlaqə qurmaq üçün həmişə yollar aramışlar. Bu məqsədlə müxtəlif vasitələrdən
istifadə etmişlər. Qədim zamanlarda insanlar məlumatları tonqallar və ya tüstü
vasitəsilə
ötürürdülər.
... Oğuz elinin adəti vardı. Oğuz igidlərini, xatunlarını şənliyə, toya çağıranda uca dağın
başında bir tonqal qalanardı. Başqa dağlardan bu alovu görüb orada da tonqal qalayardılar,
bütün el-oba bilərdi, geyinib, bəzənib şənliyə gələrdilər.
İki tonqal qalayanda bilərdilər ki, elin başında qəza var, təhlükə var, düşmən basqını gözlənilir, onda da igidlər yaraqlanıb-yasaqlanıb yığılardı.
FİKİRLƏŞ
Tonqal və tüstü ilə informasiyanın
ötürülməsi hansı havada
mümkünsüz olur?