açar sözlər
  • Təməl qurğular
  • Periferiya qurğuları
  • Sistem bloku
  • Monitor
  • Klaviatura
  • Siçan qurğusu
  • Prosessor
  • Yaddaş qurğuları

Kompüterin təməl qurğuları

Yaddaş və prosessor qurğuları kompüterin sistem blokunda yerləşir.

Klaviatura, monitorsistem bloku kompüterin təməl (əsas) qurğuları adlanır. Bugünkü kompüterləri siçan qurğusu olmadan təsəvvür etmək çətindir. Ona görə də vaxtilə yardımçı qurğu olan siçan indi təməl qurğulardan hesab olunur.

FİKİRLƏŞ
Kompüter hansı növ informasiya ilə işləyə bilmir?
BU MARAQLIDIR

İlk kompüter siçanı 1968-ci ildə amerikalı alim Duqlas Engelbart tərəfindən ixtira edilmişdir. Yalnız 30 ildən sonra o bu ixtirasına görə böyük məbləğdə mükafat almışdır.

Duqlas Engelbartın ixtirası
olan ilk kompüter siçanı