Kompüterdə informasiya prosesləri
Kompüter informasiya ilə işləyən qurğudur.
İnformasiya kompüterə giriş qurğuları vasitəsilə daxil edilir. Daxil edilmiş informasiya kompüterin yaddaşına yazılır. Yaddaşdakı informasiya emal olunmaq üçün prosessora ötürülür. Prosessor informasiyanı emal edir və nəticədə alınan yeni informasiya da yaddaşda saxlanılır.