Son yüz ildə gündəlik həyatda insanın əməyini yüngülləşdirən bir çox məişət cihazları ixtira edilib.
XX əsrin əvvəllərində yaradılmış məişət cihazları hazırda istifadə etdiyimiz müasir cihazlardan çox fərqli idi.
Məsələn, ilk tozsoran maşın 1904-cü ildə ixtira olunub. Bu maşın tozu əllə sıxılan xəzlərin köməyi ilə təmizləyirdi.
İlk paltaryuyan maşın isə dəstəyin fırladılması ilə hərəkətə gətirilən taxta ləyəndən ibarət idi. O, 1900-cü ildə ixtira olunmuşdur.