3-cü sinifdən sizə hərəkətli detalları olan hansı oyuncaqlar tanışdır?
|
Kukla tamaşaları xoşunuza gəlirmi?
Siz də öz kukla teatrınızı yaratmaq istərdinizmi?
Detalların hansı birləşmə növünü tanıyırsınız?
Şəkilləri nəzərdən keçirin. Bu oyuncaqların quruluşundakı özünəməxsusluq nədədir? |
Hərəkətli detalları olan oyuncaqlar «canlı» görünür. Onlarla oynamaq maraqlıdır və onların köməyi ilə kukla tamaşası da yaratmaq olar.
I üsul. Mismara 2—3 burum məftil dolayın, sonra onu mismardan çıxarıb 20—25 mm quyruq saxlamaqla kəsin. Pərçimi birləşdirilən detalların deşiyinə geydirin. Məftilin artıq ucunu 2—3 burum olmaqla mismara dolayın.
II üsul. Detalları pərçimlə birləşdirib onun uclarını arxa hissədən müxtəlif tərəflərə əyin. Vinni Puxa oxşar oyuncaqlarda deşiklər pərçimlərin yerləşdiyi yerdən bir az aşağıda açılır.
Sonra hərəkətli detalları qalın sapla bağlayın. Sapın ucunu dartanda, oyuncaq «oynamağa» başlayacaq. Belə oyuncaqlar marionet* adlanır.
«Böcək» oyuncağında qanadlar pərçimlə gövdə və yuxarı köndələn tirciklə hərəkətli birləşdirilmişdir. Əgər barmağınızı halqaya taxıb hərəkət etdirsəniz, böcəyin qanadları bağlanıb-açılacaqdır.
|
Uşaqların sevimlisi məşhur «Vinni Pux» oyuncağını hazırlayaq. |
Resurslar: karton, rəngli kağız dəsti, kalka kağızı, köçürmə kağızı və damalı kağız, karandaşlar, qayçı, mis məftil, mismar, taxta altlıq, yapışqan, yapışqan üçün fırça, qalın tikiş sapı, qara rəngli flomaster
* Marionet — mexanizm vasitəsi ilə (sap və ya çubuqla) hərəkət etdirilərək idarə olunan kukla