Yadda saxlayın!
Pəstahda mişar zolağını sadəcə döndərmək olmaz — o dərhal qırılar.
4. Mişar özü üçün dairəvi deşik açdıqdan sonra onu dayandırın. Bax bu deşikdə o asanlıqla dönər.
Nadfil* ölçüləri böyük olmayan yeyədir. Onun köməyi ilə fanerin kənarındakı kələ-kötür yerlər hamarlanır.
Detalları hamarlamaq üçün sumbata kağızından istifadə edilir.
Karandaş, damalı kağız, köçürmə kağızı fiqurun konturunu qurmaq və nişanlamaq üçün lazımdır.
İşin gedişi
1 . Hansı heyvan fiquruna bənzəyən qarqaram düzəldəcəyinizi seçin.
2. Fiqurun eskizini çəkin. 3. İş üçün fanerdən lazım olan ölçüdə pəstah kəsin. |
|
|
Mişarlama texnikasının köməyi ilə istənilən fiquru xarici kontur boyunca kəsin. |