Zolaq çərçivədə mütləq yaxşı dartılmalı və bərkidilməlidir. Əvvəlcə zolaq çərçivədə ikiqulaqlı qayka ilə bərkidilir. Sonra lobzikin çərçivəsi sıxılır və yuxarıdakı qayka ilə ikinci zolağın ucu bərkidilir.
Mişarlama masası yivli sıxac vasitəsilə iş masasına sıxılır və onun üzərində mişarlama əməliyyatı yerinə yetirilir.
Mişarı çərçivəyə düzgün bağlamaq lazımdır (a).
Bütöv mişar zolağı ilə işləmək lazımdır (b).
Yivli sıxac masaya etibarlı bərkidilir.
Sol əlin mişarın altına düşməməsinə nəzarət etmək lazımdır.
Mişarlama texnikasını öyrənək
1. Pəstahı mişarlama masasına rahat qoyun və faneri, yaxud penoplastı mişarlanıağa başlayın.
2. Mişar zolağı qarşıya əyilmədən yuxarı-aşağı gedir. Sol əl pəstahı hərəkət etdirir.