Siz texnologiya dərslərində çox vaxt sapla işləyirsiniz. Bəs onun haqqında nə bilirsiniz? Əl əməyi ilə məşğul olmaq üçün müxtəlif rəngli sap yumaqları lazımdır.
Sapı nəyə dolayırlar?
Şəklə baxın. Bu nədir? |
Doğrudur. Bu, sap dolamaq üçün qarqaradır. Sap dolamaq üçün maraqlı heyvan fiquru şəklində olan qarqaraları fanerdən və plastikdən hazırlamaq olar.
Belə mürəkkəb formalı fiqurları kağızdan qayçı ilə kəsmək olar.
|
Bəs faner və ya penoplastdan* belə məzəli qarqaraları necə kəsmək olar? |
Heyvan fiqurlu məzəli qarqaraları hazırlamaq üçün hansı alət və tərtibatlar lazımdır?
Heyvan fiqurları üçün lazım olan ölçüdə pəstahı faner lövhəsindən mişarla kəsmək olar.
Mişarla fanerdən heyvan fiqurlarını kəsmək olarmı? Əlbəttə yox.
Belə incə işlər lobzik adlanan alətlə yerinə yetirilir.
Yadda saxlayın!
Lobzik əyrixətli konturu olan fiqurları mişarlama alətidir. Ensiz və nazik mişar zolağı onun işlək hissəsidir.
Mişar zolağı lobzikin çərçivəsinə ikiqulaqlı qaykanın köməyi ilə birləşdirilir.