Mişarlar (bıçqılar) quruluşuna, dişlərinin ölçüsünə və təyinatına fərqlənir.
|
Mişarın dişlərini nəzərdən keçirin. |
Əgər mişarın dişləri müxtəlif tərəflərə ayrılmışsa, onda mişarlama xətti mişarın zolağından enli olacaq. Odur ki, pəstahı mişarladıqda nişanlama xəttindən 2—3 mm sağa çəkilmək lazımdır.
Yadda saxlayın: detalların bütöv məmulat şəklində birləşdirilmə prosesi yığma adlanır. Ağac detalları olan məmulatlar çox vaxt mismarla birləşdirilir.
Hamarlama detalın səthindəki kiçik kələ-kötürlüklərin aradan qaldırılmasıdır.
Oduncağı hamarlamaq üçün sumbata kağızından istifadə edilir.
Bəzəmə məmulatın sonuncu emalıdır. Məmulatın xarici görünüşünün yaxşılaşdırılması və rütubətdən qorunması üçün emalın bu növü çox vacibdir. Oduncaq məmulatlarının bəzədilməsinə — səthin hamarlanması, dekorativ tərtibat və boyama, bədii yandırma və ya nəqqaşlıq daxildir.
! |
Mişarla iş zamanı təhlükəsizlik qaydaları
|
|
|
İsti qazan və qəhvədan üçün istənilən altlığı düzəldin. |